"BTQ-də işlər 98,5% tamamlanıb, Azərbaycanla sərhədə doğru avtomobil yollarına start verilib"

Azərbaycanla sərhədə doğru - Tbilisi-Sadaxlı və Tbilisi-Qırmızı Körpü istiqamətlərində yeni avtomobil yollarının tikintisi üçün layihələndirmə işlərinə start verilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, yol tikintisinə bu ilin sonunadək başlanacaq və layihələrin 2028-ci ildə tamamlanması planlaşdırılır.
“Hazırda Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində nəzərdə tutulan modernizasiya işləri də yekunlaşmaq üzrədir. Bu işlərin 98,5 %-i artıq tamamlanıb. Layihə başa çatdıqdan sonra BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 27 milyon tondan 48 milyon tona qədər artırılacaq. Bu isə regionun nəqliyyat-tranzit potensialının əhəmiyyətli dərəcədə güclənməsi deməkdir”,-– Baş nazir bildirib.
Qeyd edək ki, həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm də sözügedən avtomobil yolları Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində mühüm əhəmiyyət kəsb edir və Avropa ilə Asiya arasında körpü rolunu oynayır.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











