BTQ ilə yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yükdaşımalarda daha bir ilkə imza atıb.
Avtosfer.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edib.
"Bu vaxta qədər BTQ-da yalnız yarımvaqonlar, konteyner və xopperlər (taxıldaşıyan vaqonlar) istifadə edilirdi. Örtülü vaqonlarla yüklərin nəqli və aşırım əməliyyatının həyata keçirilməsi, tamam başqa bir texnoloji proses hesab olunur.
Bu dəfə şirkət, Türkiyədən Azərbaycana idxal olunan Soya jmıxı (yükün digər adı – soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və bərk tullantılar, üyüdülmüş və ya üyüdülməmiş qranullaşdırılmış və ya qranullaşdırılmamış) yükünü nəql edib. Daşınacaq jmıxın ilk 1000 tondan 300 tonu Türkiyənin İskəndərun bölgəsində yerləşən Payas stansiyasında, örtülü vaqonlara yüklənərək Qars stansiyasına çatdırılıb. Burada yük, "ADY Express"in təqdim etdiyi 6 ədəd örtülü vaqona aşırıldıqdan sonra Gürcüstanın Axalkalaki stansiyasına, orada da təkər cütləri dəyişdirildikdən sonra Azərbaycana yola salınıb.
Yükün 150 tonu Sitalçay stansiyasına, 150 tonu isə Z.Tağıyev stansiyasına çatdırılıb. Onu da qeyd edək ki, soya jmıxı quşçuluqda istifadə olunur və bu cür yüklərin nəqlinin davamlı olacağı nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.


Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












