Bu Bakı məktəbliləri maksimum bal topladı - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, martın 9-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 313 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aişə Bağırova 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq












