Bu dərmanlar sizi kor və kar edə bilər - XƏBƏRDARLIQ

Səhiyyə sahəsində aparıcı mütəxəssislər arıqlama məqsədilə istifadə olunan preparatlaın potensial olaraq ciddi yan təsirlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Avtosfer.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu yan təsirlər arasında görmə qabiliyyətinin ciddi pozulması və hətta geri dönməyən korluq halları da var. Bir sıra elmi araşdırmalar bu preparatların qəbulu ilə qeyri-arteritik ön işemik optik neyropatiya (NAION) arasında əlaqə olduğunu göstərib. Bu nadir xəstəlik zamanı görmə sinirinin qanla təchizatı pozulur və nəticədə qəfil, geri dönməz görmə itkisi baş verə bilər.
Keçən il “JAMA Ophthalmology” jurnalında ABŞ-də bu səbəbdən görmə qabiliyyətini itirmiş doqquz pasiyentlə bağlı məlumatlar dərc olunub. Onlardan yeddisinə “NAION” diaqnozu qoyulub. Hadisələrdən birində qadın semaqlutidin ilk inyeksiyasından sonrakı səhər sol gözündə tam görmə itkisi ilə üzləşib. Preparat müvəqqəti dayandırıldıqdan və sonradan yenidən qəbul edildikdən sonra isə o, ikinci gözünün də görmə qabiliyyətini itirib.
Digər hallarda pasiyentlər göz önündə qəfil ağrısız “kölgə” yaranmasından, torlu qişa damarlarının zədələnməsindən və göz daxili qanaxmalardan şikayət ediblər. Bəzi vəziyyətlərdə preparatın qəbulu dayandırıldıqdan sonra görmə qismən və ya tam bərpa olunub, lakin bir sıra pasiyentlərdə pozuntular qalıcı olub.
Alimlər vurğulayırlar ki, bu ağırlaşmaların dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Ehtimal olunur ki, qanda şəkərin kəskin azalması gözün xırda damarlarına zərər verərək görmə sinirinin qidalanmasını poza bilər./baku.ws
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












