"Bu əhalinin ictimai nəqliyyata marağının artırılması işinə zidd bir addımdır" - hüquqşünas

“Bu gündən tətbiq edilən hər iki qiymət artımını düzgün olmayan yanaşma hesab edirəm”. Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov bildirib.
O qeyd edib ki, ictimai nəqliyyatda gediş haqqının artırılması (25 %-lik artım) əhalinin ictimai nəqliyyata marağının artırılması işinə zidd bir addımdır. “Bu, inasnların nəqliyyat xərcini artırdığından fərdi avtomobillərdən istifadəyə meylləri tətikləyə bilər. Digər tərəfdən, ictimai nəqliyyatda xidmət keyyifiyyətində heç bir yaxşılaşma olmadığı (hətta bunun əksi müşahidə edildiyi) bir şəraitdə belə artımın iqtisadi və məntiqi əsası da yoxdur. Əvvəllər dəfələrlə qeyd etdiyim ki, ictimai nəqliyyatın iqtisadi problemləri heç bir halda gediş haqları hesabına həll edilə bilməz, bu, mümkün deyil. Bu problem yalnız səmərəli dövlət dəstəyi ilə (subsidiya və ya dotasiya yolu ilə) həll edilə bilər. İctimai nəqliyyatın bundan sonrakı inkişafı (şəbəkələşməsi, çeşidin artması, yəni yeni metro stansiyalarının tikintisi, avtobusların sayının və marşrut şəbəkəsinin artırılması, yenilənməsi və s.) də yalnız dövlət sərmayəsi hesabına uğurlu ola bilər.
Məlumat üçün: bu, 2018-ci ildən bəri gediş haqqının 3-cü artımıdır. Əvvəlki 2 artımda da xüsusi vurğulanırdı ki, artımların əsas hədəfi sahənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, dayanıqlı inkişafı təmin etmək və s.-dir. Amma bunların heç biri müşahidə edilmir. Bu da yanaşmanın uğursuzluğu deməkdir.”
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












