Bu ərazilərə yalnız avtobusların giriş-çıxışına icazə veriləcək - Tıxac probleminin qarşısı ...

İngiltərədə tıxacların azaldılması məqsədilə bəzi yolların yalnız ictimai nəqliyyat üçün ayrılması təcrübəsi müzakirə mövzusu olaraq qalır. Bu modelin Azərbaycanda tətbiq olunub-olunmayacağı isə maraq doğurur. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, tıxac probleminin qarşısını almaq üçün dünyada müxtəlif addımlar atılır və bu, qlobal bir problemdir. Onun sözlərinə görə, bir çox ölkələrdə elə küçə və yollar var ki, həmin ərazilərə yalnız ictimai nəqliyyatın girişinə icazə verilir.
Ekspert qeyd edib ki, bu cür praktikanın Azərbaycanda da tətbiqi mümkündür, lakin məsələ düşünülmüş şəkildə həyata keçirilməlidir:
“Belə yerlər seçilməlidir ki, orada yaşayan insanlar üçün ciddi problem yaranmasın, vacib giriş-çıxışlara məhdudiyyət tətbiq ediləndə əlavə çətinliklər ortaya çıxmasın. Elə ərazilər müəyyənləşdirilməlidir ki, həmin yollarda yalnız ictimai nəqliyyat işləyə bilsin və digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılsın”.
Y.Mustafayevin fikrincə, nəqliyyat vasitələrinin sayının sürətlə artmasının qarşısını almaq üçün bu cür tədbirlər qaçılmazdır:
“Nəqliyyat vasitələrinin artım tempini azaltmaq yalnız bu cür mexanizmlərlə mümkündür. Başqa alternativ yoxdur. Bu addımlar mərhələli şəkildə, zaman-zaman atılmalıdır”.
Qeyd edək ki, mütəxəssislər belə yanaşmanın düzgün planlaşdırıldığı təqdirdə həm tıxacların azalmasına, həm də ictimai nəqliyyatın daha cəlbedici olmasına töhfə verəcəyini bildirirlər.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












