Bu gün paytaxtda tıxac olmadı - ƏSL ŞOK

Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması şəhərə girişlərdə hər hansı tıxac yaratmayıb. Avtosfer.az xəbər verir ki, bu sözləri trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib. O bildirib ki, sentyabrın 15-i - "Bilik günü" olmasına baxmayaraq Bakı yollarında tıxac problemi yaşanmayıb: "İctimaiyyətə müraciətlərimiz bəhrəsini verdi. İlk dəfədir ki, Bakıda yeni dərs ilində tıxac problemi yaşanmır. Əməkdaşlarımız bütün yollarda hərəkəti tənzimləyir ki, hər hansı problem yaşanmasın”. Onun sözlərinə görə, Sumqayıt şəhərinin qeydiyyatınada olan avtomobillərdə paytaxta buraxılmır. K.Əliyev qeyd etdi ki, Sumqayıtdan Bakıya gələn avtomobillər ekoloji postda yoxlanıldıqdan sonra şəhərə buraxılır. Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaqlar. Onlar yalnız gecə saat 24:00-dan səhər saat 07:00-a qədər Bakıya daxil ola bilərlər. Bakıya fərdi avtomobili ilə gələnlər nəqliyyat vasitəsini şəhərin cənub və şimal girişlərində yaradılan dayanacaqlarda saxlamalı olacaqlar. Bununla əlaqədar paytaxta şimal və cənub istiqamətlərindən gələn avtonəqliyyat vasitələri üçün Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığındakı duracaqlar yaradılıb. Hələlik 2 duracaq istifadəyə verilib. Yaxın gələcəkdə onların sayı 3-ə çatdırılacaq. Belə ki, daha bir analoji duracaq Müşfiqabad qəsəbəsi yaxınlığında inşa edilir. Duracaqlardan istifadə ödənişsiz olacaq. Buradakı kondisioner və kombi sistemi ilə təchiz edilmiş ictimai iaşə binasında sürücü və sərnişinlər üçün gözləmə zalı, kafe, ana-uşaq otağı, tibb otağı, kişi və qadınlar üçün sanitar qovşaqları, bundan başqa, yol polisi əməkdaşları üçün xidməti otaqlar var.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












