Bu gün sınaq imtahanı keçiriləcək - YENİLƏNİB

16 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunub.
DİM-dən Avtosfer.az-a bildirilib ki, imtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri, 42 buraxılış rejimi əməkdaşı ayrılıb.
Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3‑ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
***09:17
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.
DİM-dən Avtosfer.az-a bildirilib ki, sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3698 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 21 binada təşkil olunacaq.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
İmtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri, 42 buraxılış rejimi əməkdaşı ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız onların şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar.
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ
Bakının 20 küçəsində tıxac var - SİYAHI
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq- SİYASİ ŞƏRHÇİ
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI











