Bu gün Xankəndi və Kəlbəcərdə TUFAN qopacaq - Nazirlikdən AÇIQLAMA

Artıq 40 gündür Azərbaycan Ordusunun Qarabağdakı uğurlu əks-hücum əməliyyatlarına şahidlik edirik. Payız fəsli ilə əlaqədar havaların gündən-günə soyumasının hərbi əməliyyatlara mənfi təsir edəcəyi barədə insanlarda təşviş yaradıb. Sözsüz ki, müharibə davam etdiyi bir vaxtda ordumuzun uğurlarının artması üçün hava şəraitinin əlverişli olması da əsas faktorlardan biridir.
Bəs bu günlərdə işğal altında olan və döyüşlərin davam etdiyi ərazilərdə hava durumu necədir? Qarşıdakı günlər üçün hansı hava proqnozu verilir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlıq təqdirəlayiq addım atıb. Belə ki, nazirliyin inzibati binasının qarşısında yerləşdirilmiş monitorda işğal altındakı və işğaldan azad olunmuş torpaqlarımızın günlük hava proqnozu Bakı sakinlərinə təqdim edilir.
Nazirlikdən bildirilib ki, düşməndən azad olunmuş Füzuli şəhərində havanın noyabrın 6-na olan proqnozu belədir: temperatur gündüz 16-18, gecə 9-11 dərəcə olaraq dəyişəcək. Füzulidə havanın arabir yağıntılı və bəzi yerlərdə zəif duman olacağı gözlənilir.Şərq küləyinin sürəti saniyədə 5-10 metr, arabir 12-15 metr proqnozlaşdırılır. Noyabrın 7-də isə havanın arabir yağıntılı və bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperatur gündüz 14-16, gecə 9-11 dərəcə olaraq dəyişəcək.
Şuşa şəhərində noyabrın 6-da havanın arabir yağıntılı keçəcəyi və bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Bu gün havanın temperaturu gündüz 7-9, gecə 3-5 dərəcə olacağı ehtimal olunur. Noyabrın 7-də havanın arabir yağıntılı və bəzi yerlərdə zəif duman olacağı, temperaturun gündüz 8-10, gecə 2-4 arasında dəyişəcəyi bildirilib.
Laçın rayonunda noyabrın 6-da bölgənin bəzi yerlərində göy gurultusu və yağıntılı temperaturun 5-14 dərəcə arasında dəyişəcəyi gözlənilir. Noyabrın 7-də havanın şiddətli yağıntılı və temperaturun 1-11 dərəcə olacağı proqnazlaşdırılıb.
Xankəndində noyabrın 6-da bir neçə dəfə tufan qopacaq və temperatur 9-17 dərəcə arasında dəyişəcək. Noyabrın 7-də isə güclü leysan xarakterli yağış yağacaq və temperatur 5-15 dərəcə olacaq.
Kəlbəcərdə noyabrın 6-da bir neçə dəfə tufan qopacağı və leysan xarakterli yağış yağacağı, temperaturun 5-9 dərəcə olacağı ehtimal olunur. Noyabrın 7-də leysan xarakterli yağışlar yağacaq və temperaturun 3-7 arasında dəyişəcəyi gözlənilir.
Qubadlıda noyabrın 6-da bəzi ərazilərdə tufan qopacaq və hava qismən buludlu olacaq, temperaturun 7-19 arasında dəyişəcək. Noyabrın 7-də isə hava dəyişkən, arabir buludlu olacaq, leysan xarakterli yağış yağacaq. Havanın temperaturu 4-15 arasında dəyişəcək.
Xocavənddə isə noyabrın 6-da leysan yağacağı və temperaturun 11-20 dərəcə olacağı ehtimal edilir. Noyabrın 7-də arabir yağış yağacağı və havanın çiskinli olacağı, temperaturun 7-17 arasında dəyişəcəyi bildirilib.
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO










