Bu icra başçılarının müavinləri ixtisara düşdü

Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb. Avtosfer.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı 4-dən 3-ə endirilib. Belə ki, bir müddətdir ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.
Yeni struktur dəyişikliyi ilə Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı və yeni vəzifələri müəyyənləşib:
Başçının birinci müavini,
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,
Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.
Xatırladaq ki, əvvəllər bu iki şəhər icra başçısının müavinlərinin sayı dörd nəfər olub. Onlardan biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.
Hazırda Mingəçevirin icra başçısının müavinləri Məhluqə Cavadova (Birinci müavin), Hikmət Kərimov (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Fərid Məmmədovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Şirvanın icra başçısının isə birinci müavini hələ ki yoxdur. Onun digər müavinləri isə Aynur Fərzəliyeva (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Orxan İbrahimovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).
Məlumat üçün onu da bildirək ki, əvvəllər Şirvanın başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Məharət Mustafayev isə struktur dəyişikliyindən sonra müavinlərin siyahısında yer almayıb. O, başçının digər əmri ilə fəaliyyətini yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunda davam etdirir. Şöbə müdirinin müavini – sektor müdiri vəzifəsini icra edir.
Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












