Bu il COVID-19 dünya turizminə üç trilyon dollar ziyan vurub - VİDEO

Qlobal turizmə 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən dəymiş ziyan üç trilyon dollardır.
Baku TV xəbər verir ki, bu barədə Dünya Turizm Forumu İnstitutunun rəhbəri Bulut Bağcı məlumat yayıb.
Bulut Bağçı gələn il bu rəqəmin peyvənd işləri, həmçinin, görülən tədbirlərə görə bir trilyon dollara enəcəyini qeyd edib.
Dünya Turizm Forumu İnstitutunun açıqlamasında bildirilib ki, Avropa Parlamenti prezidenti David Sassoli və 11 ölkənin turizm nazirinin iştirakı ilə təşkil olunan Qlobal Turizm Forumu artıq yekunlaşıb. Forumda COVID-19-un turizmə təsirləri və bunun dirçəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, əsas gəlir mənbəyi turizm olan ölkələrdən biri qonşu Türkiyədir ki, bu ölkədə pandemiya səbəbindən 2020-ci ilin son 10 ayında ölkəyə səfər edən xarici turistlərin sayı ötən illə müqayisədə, 72,5 faiz azalıb.
2020-ci ilin yanvar-oktyabr aylarında ölkə 11,2 milyon xarici qonaq qəbul edib. 2019-cu ilin eyni dövründə isə bu göstərici 41 milyon nəfər olub. Gürcüstan isə turizmdən 516 milyon ABŞ dolları gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 81 faiz və yaxud 5,3 dəfə azdır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












