Bu küçə və prosrektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq – SİYAHI

Bakıda yaxın vaxtlarda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılacağı küçə və prospektlərin adları açıqlanıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, tərtib olunmuş qrafikə əsasən, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub: "Yaxın vaxtlarda Bakının Tbilisi prospekti, Koroğlu Rəhimov, Məmməd Araz, Kövkəb Səfərəliyeva, Yusif Vəzir Çəmənzəminli, Şəfayət Mehdiyev, 28 May, Dilarə Əliyeva, Rixard Zorge, A.S.Puşkin küçələrində, eləcə də digər küçə və prospektlərdə xətlənmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulub". "Azəryolservis"in sözçüsü qeyd edib ki, hazırda Nobel prospektində növbəli şəkildə 2 zolaq üzrə yolun xətlənməsi işləri aparılır. Burada aparılan işlərin 2-3 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, artıq paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov, küçələri, Neftçilər prospektində, Cəlil Məmmədquluzadə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən A.Bakıxanov küçəsinədək olan hissəsi, Həsən Əliyev küçəsinin yeni təmir olunmuş 300 metrlik hissəsi, Heydər Əliyev prospektində əsas yolda və kənar yollardan birində xətlənmə işləri yerinə yetirilib.
Fərid
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












