Bu küçədə avtobusların hamısı sola gedir, zolaq isə sağda qalıb – Həll yolu var - VİDEO

Yasamal rayonunda avtobus zolaqları ilə bağlı yaranan qarışıq vəziyyət sürücülərin narazılığına səbəb olur. Zolaqların tərtibatı çaşqınlıq yaradır. Üstəlik, burada lazımsız hissələrin olması qəribə görünür.
Avtosfer.az xəbər verir ki, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində avtobus zolağının sağındakı boş zolaq birmənalı qarşılanmayıb. Tbilisi prospekti ilə irəliləyən sürücü “Avropa” oteli ilə üzbəüz hissədə İzmir küçəsi ilə kəsişməyə yaxınlaşanda 2-ci zolaqla hərəkət etməyə məcburdur. Avtobus zolağının sağındakı səkiyə yaxın hissədə isə ümumiyyətlə hərəkət qadağandır. Həmin zolaq boş olaraq saxlanılır. İzmir küçəsinə doğru, yəni Tbilisi prospektindən sağa getməli olan sürücülər isə bəzən ya avtobusları gözləməli olur, ya da sürüb gedərsə, avtobus sürücüsü İzmir küçəsinə gedənləri gözləməlidir. İzmir küçəsinə doğru isə cəmi 1 marşrut xətti var, o da 37 nömrəli avtobusdur. Bu 37 nömrəli marşrut xətti üzrə isə cəmi 2 avtobus hərəkət edir, bir saatdan bir, ya da bir neçə saatda bir İzmir küçəsinə doğru hərəkət edir. Qalan bütün avtobuslar Tbilisi prospekti boyunca şəhər istiqamətində irəliləyir.
Bu baxımdan ekspertlər hesab edir ki, qeyd olunan hissədəki avtobus zolağında dəyişikliyin edilməsi labüddür. Sağdakı boş qalan hissəni istifadə oluna biləcək zolağa çevirib İzmir küçəsinə doğru gedən nəqliyyat vasitəsi idarəçilərinin istifadəsinə vermək olar.
Səfər
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












