Bu küçədə hərəkətin təşkilində nöqsan var: Sürücülər təhlükədədir - VİDEO

Paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsində hərəkətin təşkilində nöqsan var.
Avtosfer.az-ın məlumatına görə, sözügedən ərazidə çəkilmiş ox işarəsi sürücülərdə çaşdırır və ən pis halda qəza təhlükəsi yaradır. Belə ki, üçüncü və ən sol zolaqda çəkilmiş ox işarəsi hərəkətin düzünə və sola olduğunu göstərir. Nəticədə ən sol zolaqda hərəkətdə olanlar düzünə və həmin zolaqdan sağda olanlar sola dönmək istədikləri zaman təhlükə yaranır. Elə videodan da göründüyü kimi, görüntünü qeydə alan avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sola dönmək istəyir. Lakin bu zaman ən sol zolaqda hərəkətdə olan 99-NN-131 dövlət nömrə nişanlı “Mercedes Viano” markalı və 90-TL-176 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobillərin sürücüləri düzünə hərəkət etdikləri üçün qəza riski baş verir.
Qeyd edək ki, sağ zolaqda düzünə və sola hərəkətə icazə verən ox olduğu üçün ən sol zolaqda yalnız sola hərəkəti göstərən ox işarəsi çəkilməli idi.
Nərmin
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












