Bu küçədə səkilər obyekt sahibləri tərəfindən bütövlükdə zəbt olunub - FOTO

Təəssüf ki, bəzi sahibkarlar səkinin piyadalar üçün ayrıldığını gözardı edirlər və onu pilləkənlər, reklam lövhələri ilə yararsız hala salırlar. Nəticədə vətəndaşlar yolun hərəkət hissəsiylə gedirlər. Təbii ki, bu halda onların həyatı təhlükə altında qalır.
Paytaxtın Zahid Xəlilov küçəsində də bu mənzərə mövcuddur. Belə ki, piyadalar üçün ayrılmış səki obyekt sahibləri tərəfindən tamamilə mənimsənilib.
Avtosfer.az-ın məlumatına görə, şikayətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, xoşagəlməz mənzərədən öncə səki olduqca dar idi və iki piyada üz-üzə gəldiyi zaman onlardan biri məcbur qalaraq yolla hərəkət etməli olurdu. Obyektlərin pilləkənləri tərəfindən zəbt olunduqdan sonra isə səkidə addım atmağa yer qalmayıb.
Nərmin




İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
















