"Bu marşrutda Azərbaycan daha üstün mövqeyə malikdir" - Yeni saziş imzalanır

“6 ildir fəaliyyət göstərən Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya “Xəzər-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun təkmilləşdirilməsi üçün bəzi qərarlar veriləcək. Bölgədə baş verən mürəkkəb geosiyasi vəziyyət fonunda Xəzəryanı və Qara dəniz hövzəsi ölkələrinin əhəmiyyəti artmaqdadır. Avrasiya məkanında multimodal nəqliyyat şəbəkəsinin hər bir seqmentinin müstəsna əhəmiyyəti var”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
O, Türkmənistanın son illərdə beynəlxalq layihələrə daha aktiv şəkildə qoşulduğunu bildirib:
“TRASEKA-da, TDT-də Türkmənistanın aktivliyini müşahidə edirik. “Xəzər-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun da müəllifi Türkmənistandır. Bölgədə dəniz, hava limanlarının, avtomobil, dəmiryolu şəbəkəsinin, boru nəqliyyatının əhəmiyyəti artmaqdadır. Həm Xəzərin, həm də Qara dənizin dibi ilə fiber optik kabel, enerji kabelinin çəkilməsi nəzərdə tutulur. Buna görə də hər bir ölkə özünün tranzit potensialını artırmaqda maraqlıdır. Bu marşrutda Azərbaycan daha üstün mövqeyə malikdir. Bu illər ərzində fərqli nəqliyyat seqmentlərinə böyük investisiyalar qoyulub. Ötürücülük qabiliyyətinin artırılması yönümündə işlər görülüb. Hazırda Azərbaycanda şaxələndirmə aparılır. Bir marşrutdan asılı olmamaq üçün fərqli istiqamətlərdə şəraitin yaradılması, buraxıcılıq qabiliyyətinin artırılması yönündə işlər görülür. Digər ölkələrdə isə baza infrastrukturunun yaxşılaşdırılması üçün işlər davam edir. Düşünürəm ki, bu növ layihələrdə Azərbaycanın iştirakı onun regionda və dünyada əhəmiyyətini artıracaq”.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya “Xəzər-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılması barədə bu il Buxarestdə dördtərəfli hökumətlərarası saziş imzalanacaq.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












