Bu nazirliklər Bakıdan köçürülə bilər - DEPUTAT ADLARI AÇIQLADI

Tıxac probleminin həlli üçün şəhərin mərkəzindəki bəzi qurumlar şəhərdən kənara və bölgələrə köçürülə bilər.
Avtosfer.az xəbər verir ki, bunu Ajans.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. O bildirib ki, tıxaca səbəb olan əsas faktlardan biri də, şəhərin mərkəzində dövlət idarələrinin, universitetlərin yerləşməsidir:
Tıxac adətən əhalisi sıx olan, meqapolis şəhərlərə xas olan məsələdir. Bakı da illərdir tıxac problemindən əziyyət çəkir. Dövlət və müvafiq qurumlar bunun qarşısını almaq üçün addımlar atır. Mütəxəssis və ekspertlər ölkəyə dəvət olunur. Şəhər böyüyür, insanların və avtomobillərin sayı artır. Bu da tıxaclara səbəb olur.
Şəhərdə tıxaca səbəb olan əsas faktlardan biri də, mərkəzdə dövlət idarələrinin, universitetlərin yerləşməsidir. Bəzi dövlət idarələrinin və nazirliklərin şəhər kənarında, yaxud bölgələrdə olması dünya təcrübəsində mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bir çox agentliklərin, qurumların, universitetlərin kənarlara və bölgələrə köçürülməsi çıxış yolu ola bilər
Deputat bildirib ki, bu proses yüksək maliyyə tələb edən məsələdir:
"Reallaşması qısa vaxt ərzində çətindir, lakin mümkünsüz deyil. Məsələn, dünya təcrübəsində universitetlərin öz şəhərciyi olur, tələbələr təhsil aldığı müddətdə həmin şəhərcikdə yaşayırlar. Yeni təcrübələr öyrənilməlidir, bu, şəhər üçün də əhəmiyyətli olacaq".
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










