"Bu nə sarsaq reaksiyadır, elə bil 99%-i sözləşib"

“Taksi mövzularına yazılan şərhlərin əksəri bu məzmundadır: xoşun gəlmir, avtobusla get. Necə yəni?! Bu nə sarsaq reaksiyadır?!”
Avtosfer.az “Ölkə.az”a istinadən xəbər verir ki, bunu tanınmış jurnalist Elçin Cəlilov deyib. O hesab edir ki, sosial şəbəkələrdə "lobbiləşmiş" taksi sürücüləri sərnişin narazılıqları məsələsində birləşirlər:
“Yoxsa 90%-dən çox insan taksi lehinə fikir bildirməzdi. Bu tip şərhlərin böyük əksərini elə onlar yazır. Özü də leş gününə düşür, 1-2 manata görə kondisioneri yandırmır. Bu, sərf edib-etməmək məsələsi deyil, sadəcə, mədəniyyətsizlikdir. Kondisioner məsələsində də baxırsan ki, 95% yazır ki, xoşun gəlmir, VİP taksi sifariş ver. Bu “taksi lobbiçiliyi”nin əlamətidir. Kondisioner yandırmamaqda israr etməkdə, əvəzinə əlavə ödənişin istənməsi də absurddur”.
Jurnalist əlavə edib ki, vəziyyət belə davam edə bilməz:
“Əvvəllər də çox qalmaqallar yaranırdı. Öz başıma da gəlib. Gəlir, götürür, salamlaşandan sonra mızıldanıb deyinməyə başlayırlar. Elə bil 99%-i sözləşib. 1-2 azn əlavə verirsən.
Amma bu gedişat, bu forma normal deyil. Taksi “şofer”ləri bunu qiymətlər qalxsa da edəcək. Bu, sadəcə, onların pis vərdişidir. Mızıldanan, deyinən sürücü xatırlamalıdır ki, müvafiq şirkətlə müqavilə imzalayanda şərtlərə razılaşıb. Orada mızıldanmalı idi. Bu mərəkə, bu axmaq gedişatı dayandırmaq lazımdır. Elə sürücülər dayandırmalıdır”.
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ










