“Bu prosedurlar kişilik xüsusiyyətlərinin süqutudur” – SOSİOLOQ - FOTO

Son illərdə kişilər arasında estetik prosedurlara maraq nəzərəçarpan dərəcədə artıb. Əvvəllər qadınlara xas hesab edilən bu sahə artıq cinsiyyət fərqi qoymadan geniş auditoriyanı əhatə edir. Sosial şəbəkələrin, məşhurların və dəyişən gözəllik meyarlarının təsiri ilə kişilər də öz görünümlərinə daha çox önəm verməyə başlayıblar.
Bəs bu dəyişikliyin arxasında hansı səbəblər dayanır? Kişilər arasında estetik prosedurlara artan marağın səbəbi nədir?
Mövzu ilə bağlı kosmetoloq Sahilə Əbdürəhmanova Avtosfer.az-a açıqlamasında bildirib ki, keçmişdə də bəylər üz baxımı üçün müxtəlif təbii üsullardan istifadə ediblər:

“Lakin dövr dəyişdikcə, estetik prosedurlar daha əlçatan olub və artıq müəyyən müdaxilələrlə insan öz yaşından 10 il daha gənc görünə bilir. Bu da təbii olaraq, bəylər arasında estetik prosedurlara marağın artmasına səbəb olur.
Ancaq estetik müdaxilələrə hər kəs eyni cür yanaşmır. Bəzi kişilər üz quruluşundakı qüsurları düzəltmək üçün bu prosedurlardan yararlanmaq istəsə də, tibbi məhdudiyyətlər onları əməliyyatlardan uzaq tutur. Məsələn, şəkər xəstəsi olan bəylər gec sağalma riski ilə üzləşə bilər, digərləri isə narkozdan qorxur. Bu səbəbdən, cərrahi əməliyyatlara alternativ olaraq burun dolğusu, üz konturlarının korreksiyası və ya qəzadan sonra yaranan deformasiya izlərinin düzəldilməsi kimi minimal invaziv prosedurlar üstünlük təşkil edir.
Xüsusilə, alın və üz nahiyəsindəki qırışların aradan qaldırılması, yaşlanma əlamətlərinin gecikdirilməsi üçün kosmetoloji müdaxilələrdən istifadə olunur. Qadınlarla müqayisədə kişilər arasında bu prosedurlara müraciət edənlərin sayı hələ də nisbətən azdır. Bununla belə, bəylər arasında bu mövzuya fərqli yanaşmalar mövcuddur. Bəzi kişilər estetik müdaxilələri normal qəbul edir, digərləri isə bu cür prosedurlara skeptik yanaşır”.
Kosmetoloq son olaraq əlavə edib ki, günümüzdə demək olar ki, hər sahə müasirləşdiyi kimi kosmetologiya da sürətlə inkişaf edir:
“Yaşlanma qaçılmazdır, lakin texnologiyanın inkişafı insanlara bu prosesi gecikdirmək və özlərini daha gənc hiss etmək imkanı yaradır”.

Sosioloq Lalə Mehralının fikrincə, dövrün kişiləri də estetik əməliyyatlara maraq göstərirlər, bunu adətən baxımlı olmaq, gigiyenik təmiz qalmaq kimi qiymətləndirirlər:

“Məsələn, lazerlə artıq tüklərdən xilas olmaq bu gün daha çox kişilərin marağındadır. Xüsusilə gənc oğlanlar qolarındakı, sinə və üzündəki tüklərdən lazer vasitəsi ilə xilas olur, səbəbini də gigiyenik təmizlk üçün olduğunu deyirlər. Kişilərin üzü qadınların dərisi kimi görünür. Niyə? Kişi niyə şüşə kimi dümdüz arzusunda olmalıdır ki?
Yaxud da, çox rast gəlirik, burnunu estetik etdirən kişilərin sayı artır.
Baxırsan ki, əməliyyatdan sonra kişilik cizgiləri itir, qadına bənzəyir. Təsəvvür edin ki, dodağına gel vurdurub böyütdürən kişilər var, gözlərini dartdırıb badam gözlü etdirənlər var. Bütün bunlar normaldır sizcə? Bu, kişilik xüsusiyyətlərinin süqutu deməkdir. Baxımlı, səliqəli, gigiyenik olmaq başqa şeydir, estetik əməliyyatla özünü seksual birinə çevirmək başqa. Qadın olsun, kişi olsun, fərqi yoxdur”.
Eltac Zülfüqaroğlu
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır? - AÇIQLAMA
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - WUF13
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir
Çexiya baş nazirinin Azərbaycana səfəri ölkəmizə nə qazandırdı? - POLİTOLOQ
Otuz avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək - Sərnişinlərin diqqətinə!
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
İlham Əliyev ailəsi ilə birlikdə İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Feysbuk və İnstaqram uşaqları qorumamaqda təqsirləndirilir - RƏSMİ








