“Bu qədər ağır keçən virus görməmişəm” - Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanda son günlər kəskin respirator virus infeksiyasının geniş yayılması ciddi gərginlik yaradıb. Xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur, xüsusilə uşaqlar arasında xəstəliyin ağır keçdiyi bildirilir. Mövcud vəziyyət valideynləri və həkimləri narahat edir, mütəxəssislər isə profilaktik tədbirlərin vacibliyini ön plana çəkirlər.
Avtosfer.az-ın "Yeni Sabah"a istinadən məlumatına görə, mövzu ilə bağlı təbii üsullarla müalicə üzrə ekspert, həkim Seyfəddin Əsəd bildirib ki, hazırda yayılan infeksiya əvvəlkilərlə müqayisədə daha ağır keçir:
“Bu infeksiya hazırda yayılıb və çox ağır keçir. Mən indiyə qədər, hətta koronavirus dövründə belə, bu qədər ağır keçən virus görməmişəm. Bunu uzun illərin həkimlik təcrübəsinə əsaslanaraq deyirəm. Ən vacib məqam odur ki, virusun profilaktikası müalicəsindən qat-qat asandır. Bu nə deməkdir? Valideynlər uşaqları məktəbə göndərərkən mütləq maska taxdırmalıdırlar. Uşaqlar bir-biri ilə görüşərkən öpüşməməli, əl-ələ görüşməməlidirlər. Bu, həm uşaqlara, həm də böyüklərə aiddir. Salamlaşma zamanı koronavirus dövründə olduğu kimi yumruqla salamlaşmaq tövsiyə olunur. Barmaqları bir-birinə toxundurmaq olmaz, çünki insanlar əllərini tez-tez burunlarına aparır və bu yolla infeksiya ötürülür. Mütləq şəkildə məsafə saxlanmalı, yaxın təmasdan qaçınılmalıdır. Əllər tez-tez yuyulmalı və spirtlə dezinfeksiya edilməlidir”.
Mütəxəssis infeksiyanın ilkin əlamətləri zamanı təbii vasitələrdən istifadəni mümkün hesab edir:
“Əgər artıq infeksiyanın ilkin əlamətləri hiss olunursa, iki saatdan bir buruna soğan suyu damızdırmaq olar. Uşaqlarda bu mütləq su ilə bərabər nisbətdə durulaşdırılmalıdır. Mən özüm təmiz halda istifadə edirəm və çox yaxşı effekt verir. Soğan suyu güclü virusöldürücü təsirə malikdir. Səhərlər və axşamlar bir diş sarımsaq qəbul etmək də faydalıdır. Uşaqlarda iki hissə suya bir hissə 3 faizli hidrogen peroksid, böyüklərdə isə su ilə peroksid bərabər miqdarda qarışdırılaraq istifadə edilə bilər. Bu üsul düzgün tətbiq olunduqda yaxşı nəticə verir. Boğaz üçün qarqara məqsədilə soğan suyu suda həll edilərək istifadə oluna bilər. Bundan əlavə, tut bəhməzi və doşab ilıq suda həll edilərək qəbul edilə bilər. İki saatdan bir 1 çay qaşığı balı ağızda yavaş-yavaş əridib udmaq virusun və mikrobların inkişafının qarşısını alır. Əgər burun və alın nahiyəsində güclü ifrazat yaranıbsa, kartof və ya balqabaq doğranıb suda qaynadılır, sonra həmin buxar dəsmal altında nəfəsə çəkilir. Bu üsul uşaqlara deyil, yalnız böyüklərə məsləhət görülür. Buxar frontal və sinus boşluqlarını təmizləyir. Qızdırma zamanı uşaqları qalın geyindirmək olmaz. Temperatur olduqda geyim nazik olmalıdır. Hərarət yüksəkdirsə, uşağın boyun, çiyin, qol və böyrük nahiyələrinə dəsmala bükülmüş buz qoyula bilər ki, temperaturun qalxmasının qarşısı alınsın. Bədəni ilıq su ilə silmək də faydalıdır”.
Xəstə mütləq nəzarətdə saxlanmalı, bol maye qəbul etməlidir. Əgər su içə bilmirsə, həkim məsləhəti ilə sistem (damar daxili maye) qoyulmalıdır. Ümumiyyətlə, immunitetin gücləndirilməsi üçün arı məhsulları - çiçək tozu, arı südü, propolis və təbii mumiyadan istifadə müsbət təsir göstərir”.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












