Bu şəxslər məsuliyyətə cəlb oluna bilər – 400 manat ...

Azərbaycanda minimum əməkhaqqının 400 manat olmasına baxmayaraq, xüsusən satıcı vakansiyalarında 200–300 manatlıq əməkhaqqı təklifləri, maaşın “bonus” və “premya” adı ilə gizlədilməsi hələ də geniş yayılıb. Bu isə əmək hüquqlarının açıq şəkildə pozulması olmaqla yanaşı, minlərlə işçinin sosial təminatını risk altına qoyur.
Belə hallarda sahibkarları hansı inzibati cəzalar gözləyir, Dövlət Əmək Müfəttişliyi bu pozuntuları hansı mexanizmlərlə aşkar edir və məhz satıcı sahəsində bu cür praktikanın bu qədər yayılmasının əsas səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan Vətəndaşların Əmək bildirib ki, qanunvericiliyə görə 400 manatdan aşağı əmək haqqının verilməsi qadağandır.
O, xatırladıb ki, hazırda minimum əməkhaqqı 400 manatdır və bundan aşağı məbləğ təyin edən işəgötürən inzibati məsuliyyətə cəlb olunur, cərimə edilir:
“Ümumiyyətlə, elektron informasiya sistemində əmək müqaviləsi yerləşdirilərkən minimum əməkhaqqından aşağı məbləğ yazmaq texniki olaraq mümkün deyil.Amma bəzi işəgötürənlər bu tələbi dolanmaq üçün müxtəlif manevrlərə əl atırlar. Belə ki, işçini faktiki olaraq tam iş günü – yəni 8 saat işlədikləri halda, sənədlərdə onu 50 faizlə, yəni yarımştat və ya hətta dörddəbir ştat kimi rəsmiləşdirirlər. Nəticədə işçi tam iş görür, amma rəsmi əməkhaqqı yarım və ya daha az göstərilir və ona uyğun məbləğ ödənilir”.

S.Məmmədov söyləyib ki, əslində, 400 manat minimum əməkhaqqı tam 8 saatlıq iş vaxtı üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu cür sənəd üzərində edilən manevrlərlə işəgötürənlər inzibati cəzadan yayınmış olurlar:
“Çünki Dövlət Əmək Müfəttişliyi elektron sistemdə baxanda hər şey “qanuna uyğun” görünür: işçi yarımştatdır, maaşı da ona uyğun verilir.Əgər elektron sistem üzərində tam ştata 400 manat əvəzinə 200 manat göstərilsə, bu dərhal görünər və tədbir görülər. Amma dediyim kimi, sistem elə qurulub ki, bunu birbaşa etmək mümkün deyil. Buna görə də pozuntu yalnız şikayət əsasında aşkarlana bilər”.
Ekspert həmçinin vurğulayıb ki, əgər işçi şikayət edərsə və sübut edə bilsə ki, sənəddə yarımştat göstərilsə də, əslində bütün gün işləyir, o zaman Əmək Müfəttişliyi müdaxilə edib işəgötürənə qarşı tədbir görə bilər:
“Eyni zamanda bəzi kommersiya qurumlarında ikili, yəni “qara” mühasibatlıq halları da mövcuddur. Vergi orqanları bunu aşkar etdikdə ciddi cərimələr tətbiq olunur. Belə halları sübut etmək prinsip etibarilə mümkündür, amma praktikada çətindir. İşçi şikayət etdikdən sonra iş yerində qalmaqda çətinlik çəkə bilər və bu da insanların çoxunu çəkinməyə məcbur edir. Nəticə etibarilə, qayda-qanun mövcuddur, lakin bəzi işəgötürənlər yarımştat, dörddəbir ştat kimi hüquqi boşluqlardan istifadə edərək az maaş verməyin “qanuni yolunu” tapırlar”.
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı BİRGƏ BƏYANAT YAYIB
Tramp Əliyevin İranla bağlı fikrini öyrənib
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...










