Bu şəxslərdə koronavirusa qarşı immunitet var

Danq qızdırması keçirmiş insanlar koronavirusa qarşı immunitet qazanmış ola bilərlər. Bu versiyanı ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelis irəli sürüb. Alim COVID-19 və qızdırmanın coğrafi bölgə üzrə yayılmasını müqayisə edib. Koronavirus infeksiyası daha az olan və xəstələnmə sayı daha yavaş artan yerlərdə yaşayanların bu il və keçən il danq xəstəliyi ilə qarşılaşdıqları aşkar edilib.
“Bu təəccüblü tapıntı danq flavivirus serotipləri ilə SARS-CoV-2 arasında maraqlı immunoloji çarpaz reaktivlik ehtimalını artırır”, - Nikolelis deyib. O, əvvəlki tədqiqatlarda danq qızdırması ilə COVID-19 antikorları arasında əlaqə olduğunu xatırladıb. Bu təsir müxtəlif patogen ailələrə mənsub olmasına baxmayaraq, iki virus arasındakı immunoloji qarşılıqlı əlaqəni göstərə bilər.
Nikolelis bildirib ki, danq ilə koronavirusun əlaqəsi doğru olduğu təqdirdə danq və ya danq əleyhinə vaksinasiya COVID-19-a qarşı müəyyən dərəcədə qorunma təmin edə bilər.
Danq qızdırması intoksikasiyaya, əzələlərdə və oynaqlarda ağrıya, huşsuzluğa və limfa düyünlərinin şişməsinə səbəb olan kəskin viral xəstəlikdir. Hər il xəstəlikdən 20 minə qədər insan ölür. (Publika.az)
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










