Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR

Prezident İlham Əliyev mayın 7-də mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdünün, incəsənət xadimlərinə isə Prezident mükafatlarının verilməsi haqqında sərəncamlar imzalayıb. Avtosfer.az “Yeni Sabah”a istinadən bildirir ki, Prezidentin fərdi təqaüdü 2002-ci il iyunun 11-dən verilir. Ümummilli lider Heydər Əliyev həmin tarixdə bununla bağlı fərman imzalayıb. Təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib. Bu təqaüd mədəniyyət, ədəbiyyat, elm, təhsil və digər sahələrdə xüsusi xidmətləri olmuş şəxslərə ömürlük verilir. 2026-cı il üçün Prezidentin fərdi təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, Prezidentin fərdi təqaüdü plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. İncəsənət xadimlərinə verilən Prezident mükafatının məbləği isə ayda 500 (beş yüz) manat təşkil edir. Bu mükafat 1 il müddətinə verilir və əsasən incəsənət, mədəniyyət xadimlərinə, o cümlədən Xalq artistləri və Əməkdar incəsənət xadimlərinə şamil olunur. Bu gün adları Prezident mükafatçıları siyahısına düşən sənətçilər 150 nəfərdir. Eyni şəxs yalnız 3 il ardıcıl şəkildə mükafat ala bilər. “Xalq artisti” və “Əməkdar incəsənət xadimi” fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.
Mükafatın verilməsi barədə vəsatət mükafata təqdim edilən şəxsin işlədiyi əmək kollektivi tərəfindən Mədəniyyət Nazirliyi qarşısında qaldırılır. Təqdimolunma sənədlərində ötən mövsümün yaradıcılıq nailiyyətləri ətraflı şəkildə göstərilir.
Qeyd edək ki, dövlət başçısının mayın 7-də imzaladığı sərəncamla 11 nəfərə Prezidentin fərdi təqaüdü ayırılıb. Bunlar aşağıdakılardır:
Abbasov Adil Möhsün oğlu
Bağırova Sənubər Yusufovna
Həkimova Svetlana Calal qızı
Hüseynov Rövşən Maqsud oğlu
Mehdiyev Cahangir Yaqub oğlu
Məlik-Aslanov Ramiz Lütfəli oğlu
Məmmədov Alim Tahir oğlu
Məmmədova Rimma Şahbabayevna
Mustafayev Mustafa Şura oğlu
Nəsirova Hicran Fətəli qızı
Rəhimova Adilə Teymurovna.
İncəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam isə 150 nəfərə şamil olunub.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












