Bu şəxslərə taksi fəaliyyəti qadağan ediləcək

“Qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək”.
Bəs imtahandan keçməyən taksi sürücülərinin aqibəti necə olacaq?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, imtahandan kəsilən sürücülər taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcəklər.
"Necə ki, qəbul imtahanlarından kəsildikdə ali təhsil müəsisələrinə qəbul ola bilmirik. Bu proses də onun kimidir. İmtahan yalnız sürücülük peşəsinə xas olan suallardan ibarətdir. Onların gündəlik iş prosesi, dil bilikləri, vətəndaşlarla ünsiyyət mədəniyyəti kimi sərnişindaşıma fəaliyyətində vacib elementlər burada öz əksini tapacaq. Suallar olduqca sadədir. Bu sualları cavablaya bilməyən insanların taksi sürücüsü olaraq fəaliyyət göstərməsi təhlükəlidir. Öz canımız və yaxud ailə üzvlərimizi belə sürücülərə əmanət edə bilmərik”.
Ekspert qeyd edib ki, 5 günlük təlimlərdən sonra imtahanlar təşkil olunacaq.
“Bu imtahanları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunacaq. Sertifikatı olmayan şəxslərin sürücü kimi fəaliyyət göstərməsi qadağan olunacaq. Taksi buraxılış kartının və fərqlənmə nişanının verilməsi üçün sertifikat mütləq olmalıdır. İmtahandan kəsilən şəxslər üçün amma yenidən imtahan vermək üçün şərait yaradılacaq. Onlar ikinci və üçüncü cəhd imtahanlarında sertifikat almaq üçün iştirak edə biləcəklər”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












