Bu sözlərin əsl mahiyyətini bilirdiniz? – FOTO

Azərbaycanda gənclərin öz maşınlarına həvəslə yazdıqları sözlərdən biri də budur: "My life my rules". İngilis dilindən tərcümədə "Mənim həyatım, mənim qaydalarım" mənasını verir. Ancaq məsələnin mahiyyəti fərqlidir. Gənclər öz həyatlarını istədikləri kimi yaşadıqlarını düşünürlər. Bu səbəbdən də avtomobili istədikləri kimi idarə edə biləcəklərini düşünürlər. Bu cür davranışlar, sözsüz ki, başqalarının həyatını daha çox təhdid edir, nəinki özlərini.
Psixoloqlar qeyd edirlər ki, bu cür yazıları maşınlarına vuran insanlar adətən natamamlıq kompleksindən əziyyət çəkən insanlar olurlar. Özünü həyatda istədikləri kimi təsdiq edə bilməyənlər bu cür yazılarla, aqressiv davranışla və ya geyimi ilə özlərini təsdiq etməyə çalışırlar. Başqa yollarla özünü ifadə edə bilməyən insanlar bu cür yollardan istifadə edirlər.
Daha çox "avtoşluğa" meylli olanlar, avtomobili yüksək sürətlə və qaydaları kobud şəkildə pozaraq idarə edənlər bu cür yazıları daha çox sevirlər. Ancaq onlar, bəlkə də, belə bir lozunqun haradan qaynaqlandığını bilmirlər.
Avtosfer.az Rusiya mətbuatına istinadən bildirir ki, bu sözlər dünyada homoseksualların lozunqu kimi qəbul olunub. 1970-ci ildə qeyri-ənənəvi cinsi orientasiyanın nümayəndələri öz hüquqlarını tələb etmək üçün Nyu-York şəhərində toplaşıblar. Bu dünya tarixində ilk "gey-parad" olub. Məhz həmin paradda "My life my rules" lozunqu səslənib. Sonradan bu ifadə bütün homoseksuallar üçün lozunqa çevrilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












