Bu sürücülər 50 manat cərimələnəcək

Yağışlı və qarlı hava şəraitində avtomobil idarə edən sürücülər üçün şüşə silənlərin işlək vəziyyətdə olması həyati əhəmiyyət daşıyır. Lakin bəzən texniki nasazlıqlar sürücüləri cərimə riski ilə üz-üzə qoya bilir.
Bəs, ön və arxa şüşə silənlərin işləməməsi hansı hallarda inzibati məsuliyyət yaradır və sürücünü cərimə gözləyirmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, ön şüşə silgəcinin işləməməsi qanunvericilikdə birbaşa inzibati xəta kimi nəzərdə tutulur.
“İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 5-ci bəndinə əsasən, ön şüşə silgəci nasaz olan avtomobillərin idarə edilməsi qadağandır və bu halda sürücü cərimə oluna bilər”.
Hüquqşünas qeyd edib ki, minik avtomobilləri və xüsusi təyinatlı nəqliyyat vasitələrinin hamısında ön şüşə silgəci mütləq işlək vəziyyətdə olmalıdır. Əks halda sürücüyə 50 manat məbləğində cərimə tətbiq edilir.
“Arxa şüşə silgəci ilə bağlı məsələ isə daha çox avtomobilin texniki xüsusiyyətlərindən asılıdır və qanunvericilikdə ön şüşə silgəci qədər sərt tələblə tənzimlənmir. Buna görə də əsas məsuliyyət ön şüşə silgəcinin işlək vəziyyətdə saxlanılması ilə bağlıdır”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












