Bu tarixdə Bakıda 10 günlük məhdudiyyət ola bilər? - AÇIQLAMA

İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının 29-cu Konfransı (COP-29), dünyanın hər yerindən siyasətçiləri, elmi mütəxəssisləri və aktivistləri bir araya gətirən əhəmiyyətli bir tədbirdir. Bu tədbir zamanı iqlim dəyişikliyi ilə mübarizə, qlobal istiləşmənin təsirləri və ekoloji problemlərin həlli yolları müzakirə olunur. Belə beynəlxalq tədbirlərin keçirilməsi iştirakçı ölkələr üçün həm böyük məsuliyyət, həm də müəyyən risklər doğurur.
Bəs COP-29 ərəfəsində Bakıda hər hansı məhdudiyyətlər tətbiq oluna bilərmi?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı danışan İctimai Şuranın sədri, "Konstitusiya” Araşdırmalar fondunun rəhbəri Əliməmməd Nuriyev News24.az-a açıqlamasında bildirib ki, həmin dövürdə bir sıra mahdudiyyətlər qoyula bilər:
"Konstitusiyada müəyyən edilmişdir ki, hansı hallarda məhdudiyyətlər qoyula bilər. Bunlar hamısı cənab Prezidentin fərmanı ilə qəbul ediləcək qərarlardır. Amma şəhərin mərkəzinə girişlə bağlı bəzi məhdudiyyətlər ola bilər və ya COP-29-un keçirildiyi ərazilərə minik avtomobillərinin girişi qadağan oluna bilər. Bu normal bir prosedurdur və dünyanın hər bir ölkəsində belə mötəbər tədbirlər keçirilidiyi zaman tətbiq olunur".
Ə. Nuriyev qeyd edib ki, COP-29 olduqca mötəbər bir tədbirdir, bu tədbir zamanı Azərbaycana dünyanın müxtəlif ölkələrindən bir çox hökumət və dövlət başçıları gələcək. Onun sözlərinə görə, məhdudiyyət tədbirlərinin olması normal bir hadisədir:
"İctimai yerlərdə bir sıra məhdudlaşdırıcı tədbirlərin görülməsi həm sıxlığın yaranmaması, həm də tədbirin daha effektiv keçirilməsi üçün lazımidir. Başqa hər hansısa formada qadağanedici tədbirlərin həyata keçirilməsi mümkün deyil. Qanunvericilik bunu müəyyən etməmişdir. İstənilən ölkədə bu həyata keçirilir. Dünən parisdə Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirildi və orada müəyyən küçələrə girişlə bağlı məhdudiyyətlər var idi. Bu normal bir haldır. Təhlükəsizlik tədbirləri həyata keçirilməlidir”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












