Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - VACİB AÇIQLAMA

Azərbaycanda pensiya yaşı ilə bağlı mövzu vətəndaşlar arasında daim aktual olaraq qalır. Xüsusilə, uzun illər işləyən və müəyyən kapital toplayan şəxslər üçün “erkən pensiya” məsələsi tez-tez gündəmə gəlir.
Bəs 25 il iş stajı olan və kifayət qədər vəsait yığan vətəndaşlar daha tez pensiyaya çıxa bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericiliyə əsasən bu, mümkün deyil.
“Vətəndaşın 25 il və ya daha artıq iş stajının olması, eləcə də müəyyən kapital toplaması onun daha tez pensiyaya çıxmasına hüquqi əsas yaratmır. Qanunvericilik göstərir ki, vətəndaş pensiyaya yalnız müəyyən olunan yaş həddinə çatdıqdan sonra çıxa bilər. 65 yaşı tamam olmadan pensiya hüququ yaranmır. Əgər belə bir hüquq yaransaydı, bu halda pensiya avtomatik şəkildə təyin edilərdi”.
Beləliklə, hazırkı qaydalara görə, iş stajından və ya yığılan vəsaitin həcmindən asılı olmayaraq, vətəndaşların erkən pensiyaya çıxması mümkün deyil və əsas şərt kimi yaş meyarı qalır.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












