Bu yolda qaydanı kim pozub - CAVAB AÇIQLANDI

Gündəm 24 İyun 2014 13:41 Oxunub 5420
Bu yolda qaydanı kim pozub - CAVAB AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının cavabını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunan bu sual hər bir hərəkət iştirakçısına aiddir. Sual belədir: Şəkildə gördüyünüz hərəkət iştirakçılarından hansı yol hərəkəti qaydalarını pozur? Suala verilən cavabların bəziləri doğruya yaxın olsa da, konkret doğru cavab verənlərin sayı az olub. Cavabların hamısını təqdim edirik.

 

Farid - Burada hem yuk mashini, hem minik mashini, hem traktor, hem velosiped surucusu ve ustelik piyadalar da qaydani pozublar.

 

Cəlal - Bu yolda yuk avtomobili sağ hərəkət zolağı ilə hərəkət etdiyi üçün qaydanı pozur

 

Arzu - Hereket ishtirakcilari-piyadalar,velosipedci,traktor,telim avtomobili,cekisi 3,5t-dan cox olan yuk avtomobili- her biri yol hereketi qaydalarini pozur. 5.1 avtomagistral nihanidir. Avtomagistral-neqliyyat vasitelerinin hereketi ucun nezerde tutulmush yoldur.bu yolda piyada,velosiped,sureti 50km,s-dan az olantraktor,telim avtomobili hereketi qadagandir.cekisi 3.5t-dan cox olan yuk avtomobili sol kenar zolagi tutmamalidir.

 

Eliyar - Yuk masininın surucusu

 

Xalid - Yuk masini qaydani pozmus hesab olunur

 

Zaur - Yuk masini qaydani pozub 3 cu cergeye girmeyi qadagandir

 

Zahir - Hər üç maşın qaydanı pozub.Yük maşını birinci zolaqda hərəkət etməlidir.Ötmə üçün ikinci zolağa çıxa bilər.Avtomagistralda təlim keçmək qadağandır,traktisə ümumiyyətlə magistralda hərəkət edə bilməz çünki hərəkət sürəti 50 kmsaatdan aşağıdır.Velosipedçi və piyadalar qaydanı pozmayıb.

 

Ferid - Velosipedchi qaydani pozur

 

Nusret - Ay millet diqqetli olun. Bu yol avtomagistral yoldur. Demeli burda verilen nv-ni nezere alsaq 3.5artiq yuk masinlarinin 3 zolaqda hereketi qadagandir. Gorduyumuz kimi minik avtomobili ustunde telim nisani var. Bele oldugu halda telim masinlarinin avtomagistralda hereketi qadagamdir. Qaydada var ki, saatda 50 km den az olan nv nin hereketi qadagandir. Traktorun sureti saatda 30km oldugundan onunda herekti qadagandir. Demeli gosterilen sekilde her 3 nv i qaydalari pozub..

 

Resmiyye - Yuk masini qydani p[ozub ona goreki o suretli geden avtomobillerin yolu ile hereket edir

 

Mansur - Yuk masini

 

Aydin - Yük maşını və traktor.

 

Etibar - Yuk mawini

 

Facebokkdan gələn cavablarla da tanış olaq. 

 

Seccad Baxsizade - Yuk masini cunki maqistralda 3 cu yola cixmaqa icaze yoxdu

 

Nurlan Zeynallı - Bu yol magistral yol oldugu ucun burda telim mawini qaydani pozub cunki magistral yolda telim kecmek qadagandir,birde traktor pozub,cunki traktorun hereket sureti bu yola uygun olmadigindan qadagan olunur traktor

 

Ramin Aliyev - Təlim avtomobili. Ümüd edirem düz cavab verdim)))

 

Rasim Qasanov - Yuk mawini birinci sirayla getmelidi.telim mawinin bu yolda telim kecmeyi duzgun deyil.traktorun bu yolda getmeyine qeti yox deyilir.

 

Memmedov Mehemmed - Traktorcu pozub . menim fikrume gore.

 

Rusik Rustam - Burda her uc negliyyat vaistesi qaydani pozub !1 kenar sol zolagi tutmag yuk avt. 3.5t artig olana gadagandi. 2 surme telimi gadagandi minik avtomobile , 3 traktora 50 az suretle gadagandi

 

Gabriel Kerimov - Yuk masini

 

Paşayev Elnur - Velsopeden bashqa hamisi

 

Aksin Axmedov – Hamsi

 

Sualın doğru cavabı isə belədir: Şəkildə 5.1 “Avtomagistral” nişanı ilə işarələnmiş yol və həmin yolda traktorun, təlim avtomobilinin, onun 3-cü zolağında icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilinin, yol çiynində isə piyadaların və velosipedçinin hərəkət etdiyi görünür. “Yol hərəkəti haqqında” qanunun 43-cü maddəsinin II hissəsində deyilir ki, avtomagistrallarda piyadaların, velosipedlərin, traktorların hərəkəti; icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti; sürmə təlimi keçmək qadağandır. Deməli, cavab belə olacaq: Gördüyünüz bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarını pozurlar.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh