Bu zolaqlarda avtobus üçün dayanacaqların yeri niyə nəzərə alınmır? - VİDEO

Dayanacağın qarşısında çəkilən velosiped zolağı sərnişinlər üçün təhlükə yaradır.
Söhbət Yasamal rayonu Mirzəağa Əliyev küçəsindən gedir. Sonradan salınan velosiped zolağına görə hər gün onlarla sakin bu ərazidə ictimai nəqliyyata minmək üçün çətinlik çəkir.
Yaranan vəziyyətə görə, avtobusu məcburən yolun hərəkət hissəsində saxlayan sürücülər də bu haldan narazıdırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı çəkilən zaman piyadalar mütləq qaydada nəzərə alınıb. Belə ki, ərazidə piyadaların üstünlüyünü bildirən yol nişanı quraşdırılıb və mikromobillik vasitələri hərəkətdə olarkən piyadalara yol verməlidirlər.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, velosipedçi tərəfindən piyadaya yol verilmədiyi halda inzibati xətalar məcəlləsinə əsasən sürücü 40 manat məbləğində cərimə olunur.
Ətraflı süjetdə:
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












