Bunları bilməsəniz cərimələnəcəksiniz - Sürücülərin nəzərinə!

Azərbaycanda uşaq sərnişinlərin avtomobildə daşınması ilə bağlı qanunvericilikdə müəyyən tələblər mövcuddur. Bu tələblər çərçivəsində ən çox maraq doğuran məsələlərdən biri də uşaqların avtomobilin ön oturacağında neçə yaşından əyləşə bilməsidir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, avtomobilin ön oturacağında əyləşmə ilə bağlı yaşa görə birbaşa qadağa nəzərdə tutulmayıb. Onun sözlərinə görə, uşaqlar 12 yaşından etibarən avtomobilin ön oturacağında müstəqil şəkildə əyləşə bilərlər.
“12 yaşdan kiçik uşaqlar isə istər ön, istərsə də arxa oturacaqda mütləq xüsusi uşaq kreslosu vasitəsilə daşınmalıdır. Bu tələblərə əməl edildiyi halda sürücü üçün hər hansı cərimə tətbiq edilmir”, – deyə hüquqşünas qeyd edib. Tağı Hüseynovun sözlərinə görə, 12 yaşdan aşağı uşağın xüsusi oturacaq olmadan avtomobildə daşınması İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnir. Hüquqşünas valideynləri və sürücüləri uşaqların təhlükəsizliyini təmin etmək üçün mövcud qaydalara ciddi şəkildə riayət etməyə çağırıb.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












