Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT

Martın 15-i 11 illik buraxılış imtahanı keçirilib. Bu imtahan abituriyentlər üçün vacib mərhələlərdən biridir və minlərlə şagird iştirak edib. Xatırladaq ki, martın 9-u keçirilən əvvəlki imtahandan sonra bəzi iştirakçılar sualların çətin olduğunu bildirərək müxtəlif müzakirələr və şikayətlər səsləndiriblər. Bu səbəbdən 15 mart imtahanının necə keçdiyi ictimaiyyətdə maraq doğurub.
Məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, martın 15-də keçirilən 11 illik buraxılış imtahanı çətinlik səviyyəsinə görə martın 9-da təşkil olunan buraxılış imtahanı ilə təxminən eyni idi:

“Lakin müəyyən fərqlər də müşahidə olunurdu. Belə ki, 15 mart imtahanında riyaziyyat sualları nisbətən daha çətin hesab edilirdi. Martın 9-da keçirilən imtahanda isə Azərbaycan dili fənninin sualları daha çətin olmuşdu. Ümumilikdə isə, imtahanların çətinlik səviyyəsi son iki ilin buraxılış imtahanları ilə müqayisədə müəyyən qədər fərqlənirdi. Bu məsələ ilə bağlı dəqiq nəticə isə yalnız imtahanların ümumi nəticələri açıqlanandan sonra aparılacaq statistik analiz zamanı məlum olacaq. Məsələn, 2024-cü ildə buraxılış imtahanında 55 nəfər maksimum nəticə 300 bal toplamışdı. 2025-ci ildə bu göstərici 45 nəfər olmuşdu. Bu il isə ehtimal olunur ki, həmin göstərici daha da aşağı olacaq və bəlkə də bunun yarısı qədər belə olmayacaq. Hətta sosial platformalarda 300 bal toplayanlarla bağlı hələlik ciddi məlumat və ya müzakirələr də görünmür. Ola bilsin ki, belə nəticə göstərənlər ümumiyyətlə çox az olsun. Bununla bağlı dəqiq fikir isə yalnız yekun nəticələr açıqlanandan sonra söyləmək mümkün olacaq”.
Ekspert keçid ballarının aşağı düşüb-düşməməsinə də aydınlıq gətirib:
“Əgər suallar həqiqətən də bu qədər çətin olubsa, bu, ümumi balların aşağı düşməsi ilə nəticələnə bilər. Balların aşağı düşməsi isə müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayının azalmasına səbəb ola bilər. Eyni zamanda, blok imtahanında sualların çətinliyi də eyni səviyyədə qalarsa, bu vəziyyət bəzi ixtisaslar üzrə dövlət tərəfindən ayrılan plan yerlərinin tam dolmaması riskini yarada bilər. Bu səbəbdən, əgər buraxılış imtahanlarının nəticələri göstərsə ki, suallar həqiqətən də çətin olub və müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı azalıb, o halda blok imtahanında sualların müəyyən qədər asanlaşdırılması zəruri ola bilər”.
Nurcan Babək
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










