Cavid Qurbanov bu məsələyə təəssüflənir - Açıqlama

Mətbuatda yayılan məlumatlara görə, yenicə fəaliyyətə başlayan Bakı-Sumqayıt sərnişin qatarının maşinisti paytaxtdan yola çıxandan sonra nəqliyyat vasitəsini Sumqayıtda saxlamaq əvəzinə Siyəzənə aparıb çıxarıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov hadisə ilə bağlı açıqlamasında deyilənlərin yalan və nağıl olduğunu bildirib. Bu gün isə həmin faktı əks etdirən videogörüntülər yayılıb. Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov modern.az saytına deyib ki, bunlar qarayaxmadan başqa bir şey deyil: “O videoların hamısı quramadır. Bunu kimlərsə məqsədli şəkildə hazırlayıb. Əgər real görüntüdürsə, ünvan görünməli idi. Təsvirdə ünvan yoxdursa, deməli o, təsdiq olunan məlumat deyil. Həmin görüntüdə qatarın içi boşdur, sərnişinlər ayaq üstə gəzişir və qapını açmağa çalışırlar. Qatar dayanmamış qapı heç vaxt açılmır”.
Nadir Əzməmmədov “Azərbaycan Dəmir Yolları” rəsmilərinin açıqlamalarının yalan olduğunu idda edənlərə də cavab verib: “Biz etiraf etməyi bacarırıq. Əgər belə bir hadisə baş vermişdisə, onu gizlətmək yox, sadəcə, səbəblərini izah etməklə açıqlama verərdik. Məsələ burasındadır ki, maşinist, qatarı siqnalla hərəkət etdirir, hərəkətçilər isə yolu tənzimləyir. Bu avtomobil yolu deyil ki, maşinist qatarı səhv istiqamətdə sürsün. Çox gülünc və düşüncəsiz faktlar ortaya qoyurlar. Sanki avtomobildir ki, maşinist qatardan düşüb soruşa: “Bura Siyəzəndir?”. Bir daha deyirəm, qatar siqnallar vasitəsilə idarə olunur və onun səhv istiqamətdə hərəkət etməsi mümkün deyil”. Mətbuat katibi qurumun sədri Cavid Qurbanovun məsələyə münasibətindən də danışıb: “Cavid müəllimin məsələyə münasibəti çox pis oldu. O, təəssüf etdi ki, bu qədər gözəl görülən işə, çəkilən zəhmətə kimlərsə kölgə salmaq istəyir”.
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB










