Çavuşoğlu: “Dağlıq Qarabağ məsələsində status-kvo dəyişməlidir, vəziyyət belə davam edə bilməz”

“Status-kvo dəyişməlidir. Türkiyə bunu tək başına etmək istəmir. Vəziyyət belə davam edə bilməz. Dağlıq Qarabağ və ətraf Azərbaycan torpaqları təxminən 30 ilə yaxındır Ermənistanın işğalı altındadır”.
APA-nın yerli bürosunun CNN-Türkə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Slovakiyada keçirilən 15-ci Bratislava Təhlükəsizlik Forumunda (GLOSBEC 2020) çıxış edərkən deyib.
“1992-ci ildən etibarən vəziyyət belədir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya bir həll yolu tapa bilib? Xeyr! Buna görə də Ermənistan Azərbaycan torpaqlarına hücum etməyə cəsarət göstərir. Həm iyulda, həm də sentyabr aylarında hücum etdilər. Əlbəttə biz sülh və danışıqlar yolunu dəstəkləyirik. Ancaq hər kəs Azərbaycan bu məsələdəki sıxıntısını başa düşməlidir. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparır və bunu etməlidir”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












