Cəbhəboyu ərazilərdə bombacıq, dron zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Samux, Şəmkir rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 40 müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Qaraxanlı, Cəfərbəyli, Kürdlər, Afşar, Qaradolaq, Yeni Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Şahvəlilər, Məmmədli, Nazarlı kəndləri, Füzuli rayonunun Alıxanlı kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Samux rayonunun Lək kəndi, Şəmkir rayonunun “Mayıs” bağı adlanan ərazisində və Gəncə şəhərinin ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd dron, 1 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd bombacıq, 1 ədəd dron zərərsizləşdirilib, 1 ədəd dron isə işarələnib və növbət iş günü partlayış yolu zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2 028 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











