Cəbhədə ağır yaralanan əsgərlərin vəziyyəti stabilləşib

Aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan və Bakıya təxliyə olunan əsgərlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim nəzarətindədirlər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hazırda əsgərlərin vəziyyəti stabildir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaralıların vəziyyəti barədə yeniliklər olduqda KİV məlumatlandırılacaq. Yaralı əsgərlərdən Musayev Bəhruz Məhəmmədəli oğlu və Talıbov Emin Talıb oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyə olunaraq təcili təxirəsalınmaz yardım göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu - kapitan Orucəliyev Ceyhun Cəlil oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olub, 6 əsgər - Musayev Bəhruz Məhəmmədəli oğlu, Mirzəyev Alı Pənah oğlu, İsgəndərzadə Azər Eyyub oğlu, Zülfüqarov Mürsəl İbrahim oğlu, Cəbrayılov Sadiq Misirxan oğlu və Talıbov Emin Talıb oğlu yaralanıb. İlkin araşdırmaya əsasən, partlayışa müharibə dövründən qalma tank əleyhinə mina səbəb olub. Mina çox dərində yerləşdiyindən, onun xüsusi avadanlıqla aşkar edilməsi mümkün olmayıb, ərazidə aparılan qazıntı nəticəsində partlayış baş verib.
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












