Cəbhəyanı ərazilərdə raketlər, top mərmisi zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Kürdəmir, Qəbələ və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 33 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, 34 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Boyat, Kürdlər, Hacılar, Salmanbəyli kəndləri, Ağdam rayonunun Qaradağlı kəndi, Cəbrayıl rayonunun Şəbə kəndi, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Qazaxlar kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu, Həmənli, Qızılhacılı, Qarasuçu kəndləri, Kürdəmir rayonunun Çöhramlı kəndi, Qəbələ rayonunun Hacalı kəndi, Tərtər rayonunun Cəmilli, Səhləbad, Yuxarı Sarıcalı kəndləri, Şıxarx qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843B), 1 ədəd 9N235 bombacığı, 2 ədəd Elbrus/Scut (8K14) raketinin partlamış hissələri və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd 300 mm-lik 9M528 raketi və 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 4 913 nəfər mülkü şəxs arasında maarifləndirmə təbliğatı aparılıb.
Gültən
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











