Cəlalabadda DƏHŞƏT YAŞANIR: Əhali ayağa qalxdı, ÇOX SAYDA ÖLÜ və YARALI VAR

Əfqanıstanda "Taliban"a qarşı etiraz aksiyasında radikal qruplaşma üzvlərinin atəş açması nəticəsində ən azı 2 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
Avtosfer.az-ın "Khaama" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Cəlalabad vilayətində baş verib. Şahidlərin dediyinə görə, sakinlər Kabildən 150 km şərqdə yerləşən Cəlalabad şəhərindəki meydanda etiraz aksiyası keçirərək, Əfqanıstanın milli bayrağını asmağa çalışıblar.
Etirazçılar Əfqanıstanın dövlət bayrağının saxlanmasını, "Taliban"ın ağ rəngli bayrağı ilə əvəzlənməməsini tələb ediblər.
Sakinləri bildiriblər ki, "Taliban" üzvləri aksiyanı işıqlandırmaq istəyən iki yerli jurnalisti də döyüb.
"Reuters" isə şahidlərə istinadən etiraz aksiyasında açılan atəş nəticəsində 3 nəfərin həlak olduğu barədə məlumat yayıb.
Qeyd edək ki, analoji aksiyalar Əfqanıstanın digər şəhərlərində də keçirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












