Cəlilabadda "Opel"dən 32 kq-dan çox narkotik aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 32 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Ocaqlı kəndində keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakinləri Salman Hüseynzadə və Amil Şərbətov sonuncunun idarə etdiyi “Opel” markalı avtomobildə polis əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib. Şöbədə həmin avtomobilə keçirilən baxış zamanı arxa oturacağın üzərindəki ağ rəngli kisədən içərisindən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 25 kiloqram 285 qram narkotik vasitə heroin, 6 kiloqram 920 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












