Cəlilabadda Polis Günündən - FOTOLAR

Gündəm 2 İyul 2024 22:57 Oxunub 452
Cəlilabadda Polis Günündən - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Azərbaycan Polisinin yaranmasının 106-cı il dönümü ilə əlaqədar Cəlilabadda Polis işçilərinin peşə bayramı günü qeyd olunub.

Avtosfer.az xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon Polis Şöbəsinin rəisi Polad Qarayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, veteran polis əməkdaşları və polis şöbəsinin şəxsi heyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra peşə bayramı günü ilə əlaqədar video çarx nümayiş etdirilib.

Bayram tədbirində çıxış edən Cəlilabad rayon Polis şöbəsinin rəisi Polad Qarayev polisin keçdiyi şərəfli yoldan danışaraq şəxsi heyəti bayram münasibətilə təbrik edib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirib ki, ölkəmizdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə daim yüksək peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib. Vətən müharibəsindən sonra ölkə başçısının Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin Daxili İşlər Nazirliyinə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi olub.

Tədbirdə Cəlilabad Rayon Prokuroru Vahid Məmmədov və digərləri çıxış edərək Azərbaycan Polisinin qazandığı uğurlardan danışıb, təbriklərini çatdırıblar.

Sonda bir qrup polis əməkdaşına rayonda ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə fərqləndiklərinə görə fəxri fərmanlar təqdim olunub.

 








ŞƏRH YAZ
Ad

E-mail

Şərh