Cəmi 47 gün icra başçısı olan bu şəxs işdən çıxarıldı - ŞOK SƏBƏBLƏR ÜZƏ ÇIXDI

Bu gün Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu vəzifəsindən azad edib.
Avtosfer.az xəbər verir ki, "Teleqraf" bir ay öncə təyin olunan icra başçısının qısa müddət ərzində vəzifədən azad olunmasının təfərrüatlarını öyrənib.
Məlum olub ki, Elxan İbrahimov rayon ərazisində bərpa-quruculuq işlərində uyğunsuzluğa yol verib. Bununla yanaşı, o, Rayon İcra Hakimiyyətinin kollektivi ilə xoş rəftar etməyib, bir sıra əməkdaşları işdən çıxarıb. İşdən çıxarılanlar arasında 4 ildir icra başçısının müavini vəzifəsində çalışan Ramiz Quliyev də olub.
Ümumi narazılıq fonunda icra başçısı bir ay öncə təyin olunduğu vəzifədən çıxarılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 12-də bir sıra rayonlara icra başçısı təyin edərkən məmurlara xalqa xidmət etmək, xalqla bir yerdə olmaqla bağlı xəbərdalıq etmiş, onlara təvəzökar olmağı tapşırmışdı. “Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir” – deyə dövlət başçısı bildirmişdi.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












