"Cərimədən qorxan sürücülər məhəllələrə "sığınır", yaşayış yeri tıxanır"

“Velosiped və avtobus zolaqlarına daxil olmaqla bağlı 100 manat və 2 bal cərimə müəyyən edilib. Avtobuslara imkan yaradılır ki, fasiləsiz hərəkət etsin. Amma insanlar bundan sui-istifadə edirlər. 40 manat kifayət qədər ağır cəza idi. Birdən-birə bu cəzanın miqdarını 100 manat etdilər və 2 bal da əlavə edildi. İndi daha ağır oldu. Bu mexanizm necə işləyəcək? Bunu səmərəli şəkildə işlədə biləcəklərmi? Hər yerdə bu qaydanı pozanlara qarşı cəzalar tətbiq olunacaqmı? Məncə, mümkün deyil”...
Avtosfer.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzər ekspert Elməddin Muradlı danışıb. Ekspert qeyd edib ki, bir çox yerlərdə kamera olmadığına görə sürücülər zolaqdan səmərəli şəkildə özləri üçün istifadə edirlər və onlara heç bir cərimə yazılmır.

Elməddin Muradlı hesab edir ki, qanunu qəbul etmək asandır, bunun icra mexanizmini, tətbiqi formasını tapmaq çətindir. Ekspertin sözlərinə görə, ümumilikdə cəzalar sərtləşdikcə, sürücülərin böyük bir hissəsi çəkinir.
“Təəssüf ki, bəzən küçələrdə cəzalandırmaqla qorxudub qovduğumuz sürücülər məhəllə daxili ərazilərə üz tuturlar. İnsanlar artıq şikayət edir ki, küçələrdən qovulan sürücülər həyətlərə dolur. Uşaqlar oynaya bilmir, məhəlləyə girib çıxa bilmirik. Binada yaşayan sakin öz binasının qarşısında yer tapıb maşın saxlaya bilmir. Niyə? Çünki parklanmaya pul vermək istəməyən, yer tapa bilməyən, cəzalanmaqdan qorxan sürücülər var ki, gətirib maşınlarını başqasının həyətində saxlayırlar. Bax, problem budur. Elə məsələlərə diqqətlə yanaşmaq lazımdır. Maşını küçədən qovuruq, amma yer veririkmi? Sual budur. Vermirik! Vermədiyimizə görə də başqaları narahat olur…” - deyə ekspert bildirib.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










