Cərimələr artırılır? - “Əfsuslar olsun ki...”

Xəbər verdiyimiz kimi, son vaxtlar nəqliyyatla bağlı cərimələrin məbləğinin artırılması təklif olunur. Bu isə vətəndaşlar arasında birmənalı qarşılanmayıb və narazılıqların artmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, cərimələrlə bağlı təklif olunan dəyişikliyi “Yeni Sabah”a şərh edən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, cərimələrin tətbiqi qayda pozuntularının qarşısını kifayət qədər alır:
“Dünya təcrübəsində cərimələrin tətbiqi sürücüləri, eyni zamanda yol hərəkəti iştirakçılarının hamısını daha çox məsuliyyətli və intizamlı olmağa vadar edir. Çünki cərimələrin məbləği artdıqca bu, hər bir vətəndaşın büdcəsinə maddi ziyan vurur. Buna görə də insanlar qaydaları pozmamağa riayət edirlər ki, bu hal böyük cərimələrə yol açmasın. Məsələn, biz illər öncə sürücülərin təhlükəsizlik kəməri taxmadığını müşahidə edirdik. Ancaq cərimələrin tətbiq olunmasından sonra yol kənarında nə qədər dayansaq da, buna əməl etməyən sürücü görmək mümkün deyil. Cərimələrin tətbiqi həmin qayda pozuntusunu azaltmağa başlayıb”.

Ekspert onu da qeyd edib ki, hazırda mövcud olan cərimələrin məbləği kifayət qədər yüksəkdir:
“Bunu da unutmaq olmaz ki, hər kəs bilərəkdən qaydanı pozmur. İnsanlıq halıdır. Sürücü bəzən fərqində olmadan da qayda pozuntusuna yol verə bilər. Belə halların fonunda düşünürəm ki, cərimələrin məbləğinin daha da artırılmasına ehtiyac yoxdur. İndiki rəqəmlər yetərlidir. Avtobus və velosipedlər üçün nəzərdə tutulan zolağa sürücü əgər daxil olursa, başa düşür ki, bunu etmək olmaz. İstəyir 50 manat, istəyirsə də 500 manat cərimə tətbiq edilsin, yenə də qayda pozuntusu zamanı təhlükəli qəza vəziyyəti yarana bilər. Sürücü birmənalı olaraq, yolun həmin hissəsinə daxil olmamalıdır. Bakının infranstrukturunun o qədər də yaxşı halda olmadığını bilirik. Lakin paytaxtı yenidən inşa etmək kimi bir imkanımız yoxdur. Bu səbəbdən də mövcud şəraitə uyğun tətbiq edilən qaydalara əməl etmək lazımdır. Əfsuslar olsun ki, biz bu durumu qəbul etməliyik”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












