"Ceyhun Mirzəyev, məkanın artıq cənnətdir"

Şuşa azad edilən gündən Ceyhun Mirzəyevin (aktyor - red.) fotosunu paylaş̧dım və yazmışdım ki, rahat uyu, qisasın alınr.
Avtosfer.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Cavidan Novruz yazıb. Mərhum aktyor, "Fəryad" filminin qəhrəmanı Ceyhun Mirzəyevin şəklini yayımlayaraq bunları əlavə edib:
"Bunu ona görə etmişdim ki, bu insan öz sənəti uğrunda ürəyindən əziyyət çəkə-çəkə zülmlə filmi çəkdi. Amma nə bu filmi görə bildi, nə də torpaqların azad olunmasını... Ən böyük arzusu bu idi. İndi torpaqlar alınır, alındı və başa çatdı. Doğulub boya-başa çatdığı Ağdam, Gülablı da azad olundu. Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm.
İndi də sözümü tuturam, rahat uyu əvəzsiz Ceyhun Mirzəyev. 8 yaşımdan bu günə kimi bu insana olan sevgim, rəğbətim, diqqətim azalmadı. Onu ziyarətə gələcəm, "Yasin" oxutdurub, ətrafını gül-çiçəklə bəzəyəcəm. Sənə Ağdamın azad olunduğu müjdəsini verib, təbrik edəcəm, qəhrəman aktyorum.
Məkanın artıq cənnətdir məncə".
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
Hazırda Bakıda bu yollar tıxacdır - SİYAHI - FOTO
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ












