Çimərlikdə özbaşınalıq: İnsanları ölümə aparan lövhə quraşdırılıb - VİDEO

Yay mövsümü ilə əlaqədar insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar.
Aidiyyəti qurumlar tərəfindən isə bəzi çimərliklərə giriş qadağan edilib. Belə ki, sözügedən ərazilərdə "çimmək qadağandır" lövhəsi yerləşdirilib. Sumqayıt çimərliyində isə dənizin girişində "çimmək qadağandır" lövhəsinin üstü qəsdən qapadılıb. Bu isə insanların həyatı üçün təhlükə yaradır. Çünki vətəndaşlar bu ərazidə çimməyin qadağan olunmasından xəbərsizdirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, sözügedən lövhə qurumun aidiyyəti xidməti tərəfindən quraşdırılmayıb. Məlum çimərliyin inzibati cəhətdən ərazisində yerləşdiyi Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, əraziyə baxış keçirilib:
"Baxış zamanı ərazidə "çimmək qadağandır" elanına rast gəlinməyib. Araşdırma nəticəsində müəyyən edilib ki, müvafiq qurum tərəfindən ərazidə çimərlik fəaliyyəti göstərilməsinə icazə verilib. Xilasedici mövcuddur və sahibkar çimərlik operatoru kimi fəaliyyət göstərir".
Ətraflı videosüjetdə:
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












