Çimərliyə zibil atan 1000 manat cərimə olunacaq? – Nazirlikdən açıqlama

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı çimərliklərinə zibil atan, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizəni gücləndirmək məqsədilə cərimələr tətbiq etməyə başlayıb. Belə ki, qayda pozuntusu üzrə 1000 manat cərimə nəzərdə tutulub. Hətta qanun pozuntusu barədə nazirliyin “168” nömrəli qaynar xəttinə məlumat vermək də mümkündür.
Bəs cərimə məbləğinin yüksək olması nəyə əsasən müəyyən olunub?
Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov məsələ ilə bağlı Redaktor.az-a açıqlama verdi.
O bildirdi ki, cərimənin məbləği əraziyə dəymiş ziyanın miqdarından asılı olaraq dəyişir.
"Yəni bu o demək deyil ki, kiçik bir zibil atan şəxs də 1000 manat cərimələnsin, bir maşın zibil boşaldan da 1000 manat cərimələnsin. Yazılan məbləğ maksimumdur", - deyə A.Məmmədov bildirdi.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












