Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb - FOTO

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə "İpək yolunda yeni imkanlar və Avrasiyada yeni canlanma" mövzusundakı 8-ci Çin-Avrasiya sərgisində Orta Dəhlizin əhəmiyyətindən və imkanlarından danışılıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, sərgi çərçivəsində Ümumçin Sənaye və Kommersiya Federasiyasının təşkilatçılığı ilə keçirilmiş “İpək yolu sənaye və kommersiya inkişafı” simpoziumunda çıxış edən ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan ilə Çinin "Kəmər və yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. O, Azərbaycanda investorlar üçün yaradılmış əlverişli mühit və son illərdə həyata keçirilmiş infrastruktur layihələri haqqında məlumat verilib, Orta Dəhlizin əhəmiyyətini vurğulayıb.
Çinin Şandon əyaləti Kommersiya Departamentinin təşkilatçiliğı ilə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Nümayişi Zonasının (SCODA) xüsusi təqdimat tədbirində çıxış edən T.Nadiroğlu Azərbaycanın Çinin Şandon əyaləti və SCODA ilə əməkdaşlığı haqqında danışıb. Tədbir çərçivəsində SCODA ilə Azərbaycan arasında investisiya, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Ticarət nümayəndəsi Çin Kommersiya Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “2024 Çin-Şanxay Əməkdaşlıq Təşkilatı rəqəmsal ticarət” konfransında Azərbaycanın rəqəmsal transformasiyası haqqında təqdimat edib. Dəyirmi masa formatında keçirilmiş tədbirdə ŞƏT-in üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrinin nümayəndələri iştirak ediblər.
Sərgi çərçivəsində Azərbaycana investisiyaların cəlb olunması məqsədilə potensial tərəfdaşlarla görüşlər keçirilib və müvafiq müzakirələr aparılıb.
Qeyd edək ki, iyunun 26-da işə başlayan 8-ci Çin-Avrasiya sərgisində 50 ölkədən 1900-dən çox nümayəndə iştirak edir. İştirakçı dövlətlərin 23-nün vahid ölkə stendində 6 mindən çox məhsul nümayiş olunur. Ölkəmizin Çindəki səfirliyi və Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə sərgidə “Made in Azerbaijan” vahid ölkə pavilyonunda 6 şirkətin 40-a yaxın məhsulu nümayiş etdirilir.

Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












