Çin avtomobili alanlara pis xəbər — Hamı kütləvi şəkildə satmağa başladı - FOTO

Avtomobil bazarında son dövrlər müşahidə olunan tendensiyalar alıcı davranışlarının ciddi şəkildə dəyişdiyini göstərir. Artıq sürücülər maşın seçərkən təkcə zahiri görünüşə və ya müasir texnoloji təchizata deyil, həm də həmin nəqliyyat vasitəsinin illər sonra nə qədər dəyər itirəcəyinə diqqət yetirirlər. Xüsusilə Çin istehsalı olan avtomobillərin ikinci əl bazarındakı vəziyyəti bu məsələni yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, dəyişən əsas gözlənti keyfiyyətlə bağlı deyil:
"Çin avtomobilləri texniki göstəricilər və təchizat baxımından bazarda öz yerini artıq formalaşdırıb və satış qiymətinə görə orta keyfiyyət göstəricilərinə malikdir. Dəyişiklik daha çox qiymət və dəyər qorunması ilə bağlı gözləntilərdə baş verib. İlkin mərhələdə bu avtomobillərin zamanla bazar dəyərini qoruyacağı və qiymət artımı göstərəcəyi düşünülürdü. Lakin xüsusilə ikinci əl bazarında formalaşan vəziyyət bu gözləntilərin yenidən qiymətləndirilməsinə səbəb olub və Çin avtomobillərinin daha çox istifadə yönümlü, lakin dəyər qorunması baxımından ehtiyatla yanaşılması lazım olan seçim kimi qəbul edilməsinə gətirib çıxarıb".

Onun sözlərinə görə, qiymətlərin yüksələcəyi deyilirdi, lakin demək olar ki, dəyişmədi:
"Qiymət artımı əsasən yeni avtomobillərə aiddir və bu artım bazar tələbindən daha çox istehsal, idxal xərclərinin, logistika və ümumi xərclərin yüksəlməsi ilə əlaqəlidir. İkinci əl bazarında isə fərqli mənzərə müşahidə olunur, təklifin artması və alıcıların daha ehtiyatlı yanaşması səbəbindən qiymətlərdə artım deyil, əksinə, azalma tendensiyası formalaşıb. Bu fərq bazarın təbii tarazlanma prosesi kimi qiymətləndirilə bilər".
Çin avtomobilləri ilə bağlı yaranan bu yeni vəziyyət göstərir ki, alıcılar artıq yalnız parlaq ekranlara və müasir dizayna aldanmır, həm də cibinin gələcək təhlükəsizliyini düşünür. Bazarda təklifin sürətlə artması və ikinci əl satışında yaranan çətinliklər bu markaların "tez xarab olan" deyil, "tez dəyər itirən" imicini gücləndirir. Görünən odur ki, yaxın gələcəkdə avtomobil seçimi zamanı texniki göstəricilərdən çox, həmin modelin təkrar satış bazarındakı "nəfəsi" əsas rol oynayacaq./demokrat.az
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












