Çin şirkəti Azərbaycanda bütün qaydaları heçə sayır - FOTO

Paytaxtda obyekt sahibi olan şəxslərin ofis açarkən qaydaları pozduğunu müntəzəm olaraq görürük. Bu dəfə də böyük bir şirkətin piyadaların, eləcə də sürücülərin hüquqlarını görməzdən gəldiyinin şahidi olduq. Üstəlik bu şirkət “elə-belə”, “yoldan keçən” şirkət də deyil. Avtomobil satışı ilə məşğul olan iri sahibkarlıq subyekti.
Avtosfer.az xəbər verir ki, paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən “BYD Motors” şirkətinin yeni istifadəyə verilən ofisinin qarşısındakı səki şirkət tərəfindən zəbt edilib.

95 min dollarlıq səhmlərə sahib, Çinin avtomobil bazarında böyük pay sahibi olan “BYD” şirkəti Azərbaycanda öz avtomobillərini satmağa başlayarkən belə nəqliyyat infrastrukturu ilə bağlı qaydaları tapdayır, səki zəbt edir, qanunsuz, ödənişli parklama ərazisi yaradır.
Bir sözlə, Çində 4 istehsal mərkəzi, dünyanın 70 ölkəsində satış ofisi olan böyük bir şirkət Azərbaycana, Bakıya növbə çatanda bütün qaydaları çeynəməkdən qətiyyən yayınmır.
Səfər Əlizadə
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












