Cinayətə görə tutulan yeniyetmələr - Ən çox bu rayonlardadır

Yeniyetməlik dövrü insan həyatında ən həssas və kritik mərhələlərdən biridir. Bu yaş dövrü, şəxsiyyətin formalaşdığı, həyat dəyərlərinin, davranış nümunələrinin və sosial məsuliyyətlərin təməlinin qoyulduğu bir mərhələdir. Yeniyetmələr bu dövrdə özlərini və ətraf aləmi kəşf etməyə çalışır, buna görə də onların həyatında doğru yönləndirilmə və müsbət nümunələr böyük əhəmiyyət kəsb edir.
Təəssüf ki, ailə və cəmiyyət tərəfindən lazımi diqqətin yetərsizliyi, düzgün tərbiyə prinsiplərinin tətbiq olunmaması və nəzarətin zəifliyi bəzi gənclərin yanlış yollara yönəlməsinə, hətta cinayət əməllərinə əl atmasına səbəb ola bilər.
Avtosfer.az “Modern.az”a istinadən xəbər verir ki, ölkəmizdə 14-17 yaşda olan uşaqların törətdiyi cinayətləri araşdırıb.
Son statistikalara görə 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş cinayətlərin ümumi sayı 364-dür. Onlardan 46-ı ağır və xüsusilə ağır cinayətlər hesab edilir. Yeniyetmələr arasında törədilən cinayətlərin əksəriyyəti oğurluqdur. Belə ki, törədilən cinayətlərin 164-ü bu səbəbdən baş verib. Cinayətlərin 15-i qəsdən sağlamlığa zərər vurma, 8- i isə qəsdən adam öldürmə və adam öldürməyə cəhd kimi qiymətləndirilib. Bu son 5 ildə yeniyetmələr tərəfindən törədilən cinayətlərarasında maksimum göstəricidir. Belə ki, 2019 və 2020-ci illərdə bu göstərici 323, 2021-ci ildə 251, 2022-ci ildə isə 311 olub.
Onu da qeyd edək ki, cinayət törətmiş 14-17 yaşda olan uşaqların sayı həmin il 494 olub ki, bu da son 5 ildə rekord göstəricidir. Cinayət törədənlərin 479-u oğlan, 15-i isə qız olub. Onlardan 387-i 16-17 yaşda, 107-i isə 14-15 yaş aralığında olub. Onların 202-i hər hansı bir yerdə işləməyən və oxumayan uşaqlardır.
Cinayət törədənlərin 279-nun hər iki valideyni, 29-nun bir valideyni olub, 2-i isə internat məktəbində böyüyüb. Törədilən cinayətlərdə 6 yeniyetmə sərxoş vəziyyətdə iştirak edib. Onu da qeyd edək ki, cinayətlərin 54-ü böyüklərin iştirakı ilə baş verib. Cinayət törədən 14-17 yaşlı uşaqların 310 məhkum olunub.
Cinayət törədən yeniyetmələrin əksəriyyəti Bakıda yaşayır. Belə ki, paytaxtda həmin il 14-17 yaşlı uşaqlar tərəfindən törədilən cinayətlərin ümumi sayı 89 olub. Abşeronda bu göstərici 19, Tovuzda 18, Qaxda 12-i, Ağdaşda 10,Bərdədə 9-dur. Yeniyetmələrin cinayət törətdikləri rayonlar içində Şirvan, Biləsuvar, Sumqayıt, Xaçmaz, İsmayıllı, Mingəçevir də liderlik edir. İşğaldan azad edilən Qarabağ bölgəsinin üç rayonunda 14-17 yaşlı uşaqlar tərəfində törədilən cinayət hadisəsi baş verib. Bura Füzuli ( 2 nəfər), Xocalı və Cəbrayıl ( hər ikisində 1 nəfər) aiddir. Naxçıvanda isə 14-17 yaşlı uşaqlar arasında ümumilikdə 10 cinayət hadisəsi törədilib.
14-17 yaş arası gənclərin törətdiyi cinayətlərin artımı cəmiyyətimiz üçün ciddi bir xəbərdarlıqdır. Bu, təkcə ailələr üçün deyil, həm də təhsil sistemi və sosial qurumlar üçün böyük bir məsuliyyətdir. Çünki yeniyetmələr tərəfindən törədilən cinayətlər fərdi faciələr yaratmır, həm də cəmiyyətin bütövlüyü üçün ciddi təhlükə yaradır.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












